Azərbaycanın
rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell ölkəmizdə təhsil səviyyəsinin
artırılması, gənclərin fərdi və peşəkar inkişafı üçün yeni imkanların
yaradılması istiqamətində həyata keçirilən önəmli tədbirlərə hər zaman dəstək olur. 41 ölkədə 350 min gənci
birləşdirən və Avropanın ən böyük tələbə assosiasiyalarından biri olan Erasmus
Tələbə Şəbəkəsinin (ETŞ) Cənubi-Şərqi Avropa Platformasının noyabr ayının 3-də,
ADA Universitetində baş tutan bağlanış mərasimi bu tədbirlər sırasındadır. 10
ölkədən təşrif buyuran 70 iştirakçı ETŞ-nin
beynəlxalq bölməsindən olan
təlimçilərin keçirdiyi sessiyalara qatılıb. Tədbirin rəqəmsal tərəfdaşı olan
Azercell tərəfindən qonaqlara ödənişsiz mobil nömrə və internet paketləri
təqdim edilib.
Cənubi-Şərqi
Avropa Platforması hər il təşkil olunan beş regional tədbirdən biridir. Bu
tədbirdə müvafiq bölgənin yerli bölmələrindən olan ETŞ üzvlərinin görüşü təşkil
olunur, üzvlər arasında məlumat və ən yaxşı təcrübə mübadiləsi aparılır, habelə
beynəlxalq səviyyədə məlumat əldə edilir.
Azercell
ilə yanaşı, "Zeytun Bağları",
"Rabitəbank", "Azərbaycan Turizm Bürosu", "Responsible
Party" və "AGL” tədbirin
sponsorları və tərəfdaşları sırasında yer alıb.
Daha ətraflı
məlumat üçün
[email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın
mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi
və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda
4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə
dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə
əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk
dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi,
mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri,
Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri,
sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan
İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil
olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə
keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq
sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in
4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər
nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn
People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
Xəbər 287 dəfə oxunub.