Azercell Azərbaycanda beynəlxalq sertifikat alan ilk mobil operator oldu

Azercell Azərbaycanda beynəlxalq sertifikat alan ilk mobil operator oldu

Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru "Azercell Telekom” MMC bu ili növbəti uğura imza ataraq başa vurur. Bu dəfə Azercell dünya üzrə yüzdən artıq ölkədə sertifikasiya xidmətləri göstərən Norveçin DNV GL şirkəti tərəfindən İSO/IEC 27001 sertifikatına layiq görülüb.Fəaliyyətində şəffaflığın qorunub saxlanmasını, müştəri məlumatlarının təhlükəsizliyini və məxfiliyini təmin etməyi prioritet hesab edərək, Azercell ölkədə bu sertifikata layiq görülən ilk mobil operator oldu. Belə ki, müstəqil audit yoxlamaları zamanı məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə Azercell-in tətbiq etdiyi İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin beynəlxalq standartlara cavab verdiyi təsdiq edilib. İSO/IEC 27001 sertifikatı Azercell-də məlumatların məxfiliyinin, bütövlüyünün və əlçatanlığının yüksək səviyyədə qorunmasını bir daha sübut edir.

Qeyd edək ki, İSO/IEC 27001 standartı Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) və Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) tərəfindən hazırlanıb. Standarta uyğunluq sertifikatı yalnız İSO/IEC 27001-nintələblərini tam qarşılayan, informasiya təhlükəsizliyi risklərini optimal idarə edən, davamlı olaraq audit yoxlamaları həyata keçirən və qanunvericilik üzrə qoyulan tələblərə uyğun məlumat təhlükəsizliyini təmin edən şirkətlərə təqdim edilir.

Xatırladaq ki, ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib.

Daha ətraflı məlumat üçün[email protected]ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir.Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4Gvə test rejimində 5Gtexnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir.Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

 

Xəbər 345 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR