Azərbaycanlı həkim Türkiyədə həbs edildi - Səbəb

Azərbaycanlı həkim Türkiyədə həbs edildi - Səbəb

Azərbaycanlı plastik cərrah Elnarə Məmmədova Türkiyədə polis tərəfindən saxlanılıb.

Aktual.az Axar.az-a istinadən xəbər verir ki, Hakkari Dövlət Xəstəxanasında işləyən E.Məmmədova rüşvət almaqda ittiham edilir.
Məlumata görə, 2017-ci ildən bu xəstəxanada plastik cərrahiyə ilə məşğul olan qadın səkkiz xəstədən müxtəlif məbləğlərdə pul tələb edib.
Qeyd edilib ki, E.Məmmədova xəstələrin birindən 1500 türk lirəsi (təxminən 450 AZN) alarkən ələ keçib.
Faktla bağlı araşdırma başladılıb.


Xəbər 201 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR