Azərbaycanlı gənclər Ermənistanın Gürcüstandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib

Azərbaycanlı gənclər Ermənistanın Gürcüstandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib

Gürcüstanın ali təhsil ocaqlarında təhsil alan bir qrup tələbə və fəal Ermənsitan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərində törətdikləri təxribatlar, xüsusən də Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində dinc insanların - qadın və uşağın öldürülməsinə etiraz olaraq aksiya keçiriblər. "Report"un Gürcüstan bürosu xəbər verir ki, azərbaycanlı tələbə-gənclər metronun Marcanaşvili stansiyasının qarşısından Ermənistanın Tbilisidəki səfirliyinə qədər yürüş ediblər. Onlar "Qafqazda sülh olsun", "Ermənistan işğalçılıq siyasətinə son qoy", "Azərbaycanın və Gürcüstanın torpaqları azad edilsin", "Reginda sülh, dünyada sülh" şüarları səsləndiriblər. Gürcüstan polisi tələbələri səfirliyin binasına tam yaxınlaşmaga imkan verməyib. Azərbaycanlı tələbələrin hazırladıqları etiraz bəyanatı Ermənistan səfirliyinə təqdim olunub. Sonra aksiya ATƏT-in Tbilisidəki regional ofisinin qarşısında davam edib. Gənclər, numayəndəliyə də etiraz bəyanatı təqdim ediblər.Aksiyanın təşkilatçılarından olan tələbə Leyla Əmrahova jurnalistlərə açıqlamasında deyib: "Ermənilərin son günlər cəbhə xəttində törətdikləri təxribatlar nəticəsində dinc insanların, xüsusən də uşaqların ölümü bizə çox pis təsir etdi. Biz etiraz aksiyası keçirməklə dünya ictimaiyyətinin diqqətini bir daha bu məsələyə cəlb etmək, təcavüzkar Ermənistan rəhbərliyini qınaq obyektinə çevirməklə, onları cinayət əməllərindən çəkindirməkdir. Düşünürük ki, biz öz etiraz səsimizi ucaltmaqla dünya ictimaiyyətinin diqqətini cəlb edəcək və istəyimizə nail olacağıq".Lali Natidze isə bildirib ki, gürcü ictimaiyyəti də bu cür vəhşiliklərə biganə qala bilmir: "Ona gorə də gürcülər də bu aksiyaya qoşulub və azerbaycanlilarin haqq səsini müdafiə edirlər".
Xəbər 831 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR