Azərbaycanlı gənc aktyor koronavirusdan vəfat etdi

Azərbaycanlı gənc aktyor koronavirusdan vəfat etdi

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Fazil Bayramov vəfat edib.

Aktual.az "Report”a istinadən xəbər verir ki, onun ölümünə koronavirus infeksiyası səbəb olub.

Gənc aktyor yarım aya yaxın xəstəxanada müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, F.Bayramov 10 ildən çox müddətdə Azərbaycan teatrında çalışıb, əksər tamaşalarda əsas rolları ifa edib.

Allah rəhmət eləsin!
Xəbər 320 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR