Azərbaycanlı çilingərin “Ukraynanın səsi” yarışmasında növbəti uğuru - Video

Azərbaycanlı çilingərin “Ukraynanın səsi” yarışmasında növbəti uğuru - Video

Gənc azərbaycanlı musiqiçi Cavid Məmmədov Ukraynada keçirilən "Ukraynanın səsi” müsabiqəsinin III turuna vəsiqə qazanıb.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu dəfə C.Məmmədov layihənin digər iştirakçısı Nailə İbrahimova ilə duetdə "Lean on major lazer" məşhur kompozisiyasını oxuyub.

"Hər şey əla idi, baxmayaraq ki, bu mahnı mənim səsimə uyğun deyildi. Gözəl müğənni Nailə ilə hər şeyi əla səviyyədə etdik. Şadam ki, hər ikimiz növbəti tura keçə bildik", - deyə C.Məmmədov bildirib.

Qeyd edək ki, gənc mügənni "Ukraynanın səsi” müsabiqəsində iştirakını bundan sonra məşhur Ukrayna musiqiçisi Sergey Babkinin komandasında davam etdirəcək. Çünki "Eurovision”nın qalibi olan Camala Nailə İbrahimovanı şeçib.

Qeyd edək ki, müsabiqə Ukraynanın "1+1” telekanalında yayımlanır.
 
Aktual.az
Xəbər 870 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR