Azərbaycanla Avropa İttifaqı arasında təhlükəsizlik üzrə ilk dialoq keçiriləcək

Azərbaycanla Avropa İttifaqı arasında təhlükəsizlik üzrə ilk dialoq keçiriləcək

Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında təhlükəsizlik üzrə ilk dialoq keçiriləcək.

Bunu "Report”a Aİ-nin Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas bildirib.
O, oktyabrın 29-30-da Bakıda keçiriləcək görüşdə Avropa Xarici Tədbirlər Xidmətinin Baş katibi müavini Jan Kristof Belardın başçılıq etdiyi Aİ nümayəndə heyətinin iştirak edəcəyini deyib.
"Hələlik görüşün gündəmini razılaşdırırıq. Təhlükəsizlik sahəsinə aid ən müxtəlif məsələlərə dair geniş məsləhətləşmələr aparılacaq”, – diplomat söyləyib.
Qeyd edək ki, bu ilin fevral ayında Xarici İşlər Nazirliyi Avropa İttifaqı ilə Azərbaycan arasında təhlükəsizlik və enerji məsələləri üzrə dialoq mexanizminin təsis edilməsi barədə razılıq əldə olunduğunu açıqlamışdı.
 
Aktual.az
Xəbər 309 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR