Azərbaycanın təbii qaz ixracının gəlirləri artdı

Azərbaycanın təbii qaz ixracının gəlirləri artdı

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 570 mln. 337,12 min ABŞ dolları dəyərində 3 mlrd. 101 mln. 025,02 min kubmetr təbii qaz ixrac edib.

Aktual.az  xəbər verir ki, bu barədə APA Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.
Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 6 ayı ilə müqayisədə 79 mln. 622 min kubmetr və ya 2,5% azdır. Məbləğ baxımından isə illik nisbətdə 42 min 404,75 dollar və ya 8,03% çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycandan xarici ölkələrə 527 mln. 932,37 min dollar dəyərində 3 mlrd. 180 mln. 646,82 min kubmetr təbii qaz ixrac edilib.
Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında təbii qazın ixracı Azərbaycanın ümumi ixracda 6,58%-ni təşkil edib.

Aktual.az
Xəbər 157 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR