Azərbaycanın qızıl və gümüşü yerli bazarda da satılacaq

Azərbaycanın qızıl və gümüşü yerli bazarda da satılacaq

 Bu ildən etibarən Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) "AzerGold” QSC-nin hasil etdiyi qızılı alacaq və ölkənin qızıl ehtiyat fondu həm də Azərbaycan qızılı hesabına formalaşacaq.


"Report” xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda "AzerGold” QSC-nin sədri Zakir İbrahimov bildirib.

O qeyd edib ki, qiymətlilərin beynəlxalq bazarda satışı ilə yanaşı, yerli bazarda da Azərbaycanın qızıl və gümüşünün satışının həyata keçirilməsi və ixracdan asılılığının azaldılması üçün QSC tərəfindən səylər göstərilməkdədir. 

 
Aktual.az
Xəbər 304 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR