“Azərbaycanın mövqeyi strateji baxımdan çox önəmlidir” – İtaliya Prezidenti

“Azərbaycanın mövqeyi strateji baxımdan çox önəmlidir” – İtaliya Prezidenti

"Azərbaycanın mövqeyi strateji baxımdan çox önəmlidir. Belə ki, ölkəniz bundan uzunmüddətli şəkildə istifadə etməlidir. Məhz dünən bizim Dövlət Dəmir Yolları ilə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında mövcud olan marşrutların istifadəsi, dəmir yolu vasitələrinin, vaqonlarının tikintisi, yeni marşrutların inkişaf etdirilməsi üçün əməkdaşlıq memorandumu imzalandı. Bizim müəssisələr liman və infrastrukturlar üçün informasiya sahəsində uğurla fəaliyyət göstərir. Azərbaycan da Xəzər dənizi regionunda nəqliyyat idarəetməsinin mərkəzini təşkil edir. Bu təşəbbüslərlə italyan mühəndisliyini, avtomobil yollarını, limanlarını, ümumilikdə infrastruktur sahəsini əks etdirən geniş bir işin əsasını qoyduq”.

Aktual.az-ın xəbərinə görə, bunu İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Bakıda, Heydər ƏliyevMərkəzində Azərbaycan-İtaliya biznes forumunda deyib.
"Cənab Prezident, bu gün biz münasibətlərimizə uzunmüddətli və strateji yanaşma ilə baxmalıyıq. Bizim müştərək iqtisadi maraqlarımız bizi ölkənizlə Avropa İttifaqı arasında olan əməkdaşlıqdan irəli gələn imkanlardan istifadə edərək dialoqumuzu daha da inkişaf etdirərək genişləndirməyə yönəldir. Məhz ötən günlərdə tərəfdaşlıq prioritetləri ilə bağlı danışıqların yekunlaşması ilə əhəmiyyətli irəliləyiş qeydə alındı. Strateji baxımdan regionda önəmli rola malik olan Azərbaycan Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi üçlüyünün iqtisadi potensialının inkişafında yeni bir səhifənin baş qəhrəmanı ola bilər. Biz tarixi dostluğumuz və tərəfdaşlığımızın potensialından istifadə edərək dənizlərimiz arasında bu körpünü birlikdə tikməliyik. Çünki bu, istər indiki, istər gələcək münasibətimizə təsir edir. Mən xoş sözlərinizə görə Sizə bir daha təşəkkür edirəm”, - deyə, Sercio Mattarella əlavə edib.
 
Aktual.az
Xəbər 93 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR