Azərbaycanın Moskvadakı səfirliyinə Rusiya XİN-dən heç bir nota daxil olmayıb - RƏSMİ

Azərbaycanın Moskvadakı səfirliyinə Rusiya XİN-dən heç bir nota daxil olmayıb - RƏSMİ

Rusiya Xarici İşlər Nazirliyindən (XİN) Azərbaycanın Moskvadakı səfirliyinə heç bir nota daxil olmayıb.

Aktual.az xəbər verir ki, bunu report-a cavab olaraq Azərbaycanın Rusiyadakı səfirliyindən bildiriblər.
"Nota verilməyib. Sadəcə, məlumat xarakterli yaddaş qeydi daxil olub. Hansı ki, rəsmi diplomatik yazışma hesab olunmur. Bu da Rusiyanın erməni mənşəli vətəndaşlarının Azərbaycan hava limanlarında və ya digər sərhəd keçid məntəqələrində gələcəkdə süni əngəllərlə rastlaşmamaları barədə məlumat xarakterli bir xahişdir".
Qeyd edək ki, son günlər Ermənistan mətbuatı Rusiya XİN-nin bu ölkədəki Azərbaycan səfirliyinə nota təqdim etməsi barədə xəbərlər yayıb.
Xəbər 360 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR