"Azərbaycanın ən çətin tapşırıqların öhdəsindən gəlməyə qadir olan güclü ordusu var"


"Müasir Azərbaycanın əldə etdiyi əsas uğurlardan biri də güclü ordunun yaradılmasıdır”.

"Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov ümummilli lider Heydər Əliyevin 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Sevdiyim” adlı layihənin təqdimat mərasimində deyib.
O qeyd edib ki, hazırda Azərbaycan ordusu müasir silahlarla təchiz edilib, yüksək döyüş hazırlığına malik, ali baş baş komandanın rəhbərliyi ilə ən çətin tapşırıqların öhdəsindən gəlməyə qadir, qüvvətli ordudur. 
F.Ələsgərov xatırladıb ki, bu ordu öz gücünü 2016-cı ilin aprel ayındakı döyülərdə göstərib və üçrəngli bayrağı düşməndən azad edilən torpaqlarda ucaldıb: "Əminik ki, yaxın zamanlar üçrəngli bayrağımız işğaldan azad edilən torpaqlarda, Şuşada, Xankəndində dalğalanacaq”.
 
Aktual.az
Xəbər 223 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR