Azərbaycanın daha 200 vətəndaşı Gürcüstandan təxliyə olunur

Azərbaycanın daha 200 vətəndaşı Gürcüstandan təxliyə olunur

Gürcüstanı pandemiya səbəbindən tərk edə bilməyən 200 Azərbaycan vətəndaşının Vətənə təxliyəsi həyata keçirlir.

"Report”un yerli bürosu xəbər verir ki, vətəndaşlar Azərbaycanın bu ölkədəki səfirliyinin binası qarşısına toplaşır.
Onlar xüsusi ayrılmış avtobuslarla səfirlik əməkdaşlarının müşayiəti ilə Gürcüstan-Azərbaycan sərhədindəki "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə çatdırılacaq. Ölkə ərazisinə daxil olandan sonra vətəndaşlara yaşadıqları yerə çatmaq üçün bir günlük icazə veriləcək.
Qeyd edək ki, bundan öncə Azərbaycan 178 vətəndaşının Gürcüstandan təxliyəsini təmin edib.
Xəbər 57 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR