Azərbaycandan xaricə turist kimi gedənlərin sayı 21% artıb

Azərbaycandan xaricə turist kimi gedənlərin sayı 21% artıb

Bu ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20,7% artaraq 3 729,2 min nəfər olub.

Aktual.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə vətəndaşlarının 36,4%-i İrana, 29%-i Gürcüstana, 17,5%-i Rusiya Federasiyasına, 11,6%-i Türkiyəyə, 5,5%-i isə digər ölkələrə gedib.
Gedənlərin 63,8%-ini kişilər, 36,2%-ini qadınlar təşkil edib.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 48,1%, Gürcüstana gedənlərin sayı 13,3%, Rusiyaya gedənlərin sayı 7,4%, Türkiyəyə gedənlərin sayı isə 5,1% artıb.
Bu ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,2%-i dəmir yolu və avtomobil, 17,1%-i hava, 0,7%-i isə su nəqliyyatından istifadə edib.
Xəbər 212 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR