Azərbaycandan Gürcüstana sement ixracı azalıb

Azərbaycandan Gürcüstana sement ixracı azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 2 mln. 003 min dollar dəyərində sement ixrac olunub.


"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İxrac olunmuş sementin ümumi həcmi 35 212,3 ton təşkil edib.

Azərbaycandan qonşu ölkəyə ixrac edilmiş sement həcm baxımından illik müqayisədə 3 718 ton yaxud 9,5% az, məbləğ baxımından isə 4,3 min dollar yaxud 0,2% çoxdur.

Ötən ilin eyni dövründə Azərbaycan Gürcüstana 1 mln. 998,7 min dollar dəyərində 38 930 ton sement ixrac edib.

Xəbər 363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR