Azərbaycandan Gürcüstana qaz ixracı 16,5% artıb

Azərbaycandan Gürcüstana qaz ixracı 16,5% artıb

Cari ilin yanvar-may aylarında Azərbaycandan Gürcüstana 794 min 155,9 kubmetr qaz ixrac edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadən xəbər verir ki, ixrac olunmuş təbii qazın dəyəri 142 mln. 548,5 min dollar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan Gürcüstana qaz ixracı həcm baxımından 112 min 622,6 kubmetr və ya 16,5% çoxdur.
Məbləğ baxımından isə illik nisbətdə təbii qazın ixracı 25 mln. 650,7 min dollar və ya 21,9 % çoxdur.

Aktual.az
Xəbər 328 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR