Azərbaycandan Gürcüstana pul köçürmələri 85% artıb

Azərbaycandan Gürcüstana pul köçürmələri 85% artıb

Ötən ay Azərbaycandan Gürcüstana 3,56 milyon ABŞ dolları həcmində pul köçürülüb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.

May ayında Gürcüstana xarici ölkələrdən daxil olan pul köçürmələrinin 2,70%-i Azərbaycanın payına düşüb. İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə həyata keçirilən pul köçürmələrinin həcmində 85,05% artım qeydə alınıb.
Hesabat ayında Gürcüstana xarici ölkələrdən, ümumilikdə, 131, 8 milyon dollar pul daxil olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9,6% azdır.
Gürcüstandan digər ölkələrə isə 13,6 milyon dollar pul köçürülüb. Bu məbləğ illik müqayisədə 33,7% azdır.   
Xəbər 468 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR