Azərbaycanda yol hərəkətinin nizamlanması üçün əlavə iki nişan tətbiq ediləcək

Azərbaycanda yol hərəkətinin nizamlanması üçün əlavə iki nişan tətbiq ediləcək

Azərbaycanda yol hərəkətinin nizamlanması üçün əlavə iki nişan da tətbiq ediləcək.

APA-nın məlumatına görə, bununla bağlı "Yol hərəkəti haqqında” qanun layihəsinə dəyişiklik Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
Qanunun 5 saylı Əlavəsinin "1. Üfüqi nişanlanma qrupuna yeni 1.25 nişanlanma xətti ("sarı kəsişmə toru”) təklif edilir.
Sənəddə qeyd edilib ki, yolayrıclarının "sarı kəsişmə toru” ilə işarələnməsi həm də sürücülərin bu qayadaya daha ciddi riayət etməsinə, həm də bu sahədə törədilən inzibati xəta hallarının xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinə, müvafiq cərimələrin tətbiq edilməsinə imkan verəcək və yolayrıclarında yol nəqliyyat hadisələrinin baş vermə ehtimalını azaldacaq.
Digər təklif olunan növbəti nişanlardan biri də 5.53 "Daimi sağa dönmə” nişanıdır.
Svetoforun qırmızı işıq bölməsinin sağında (üfüqi yerləşdirilən svetoforda qırmızı işıq bölməsinin solunda) quraşdırılan 5.53 nişanı bu yolayrıcında svetoforun siqnallarından asılı olmayaraq manevr qaydalarına (Başqa istiqamətlərdən gələn gələn nəqliyyat vasitələrinə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissəslərini keçməkdə olan və hərəkətinə icazə verilən piyadalara yol verilməlidir) riayət etməklə sağa dönməyə icazə verildiyini bildirir.
Sənədin qeyd hissəsində göstərilib ki, təqdim edilən layihədə yol hərəkətinin səmərəli şəkildə təşkil edilməsi və yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin daha da etibarlı şəkildə təmin edilməsi üçün mühüm müddəalar nəzərdə tutulub.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və I oxunuşda qəbul edilib.
Xəbər 328 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR