Azərbaycanda yeni pilotsuz uçuş aparatı istehsal olunacaq

Azərbaycanda yeni pilotsuz uçuş aparatı istehsal olunacaq

 Azərbaycanda "Pegasus120” tipli yeni pilotsuz uçuş vasitəsinin istehsalı nəzərdə tutulur. 

"Report” xəbər verir ki, həmin dronun maketi Bakıda keçirilən "ADEX-2018" beynəlxalq müdafiə sərgisində bu gün təqdim olunub.
Sözügedən uçuş vasitəsinin İsrailin "Aeronautics” şirkətilə müştərək əsasla "Azad Systems" müəsisəsində istehsal olunacağı güman edilir.
Hərbi və mülki təyinatlı logistik yüklər daşıyan kvadrokopter olan "Pegasus120” 75 kiloqramadək yükləri 40 kilometrədək məsafəyə daşıya və tam yüklü vəziyyətdə havada 45 dəqiqəyədək qala bilir.
 
Aktual.az
Xəbər 348 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR