Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlanıb

Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlanıb

2022-ci il 31 dekabr tarixinə ölkədə qanuni əsaslarla olan və ya yaşayan əcnəbilərin sayı 162,7 min olub ki, bu da 2021-ci illə müqayisədə 27 faiz çoxdur.
Bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd edilib.
Hesabat ilində qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri nəzarətdə saxlanılıb, o cümlədən əcnəbilərin qanunsuz miqranta çevrilməsinin qarşısının alınması ilə bağlı zəruri tədbirlər görülüb.
Görülmüş işlərin nəticəsi olaraq 19,5 min halda miqrasiya qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib və müvafiq tədbirlər görülüb.
Hesabat ilində qanunvericiliyin tələbinə uyğun olaraq göstərilmiş xidmətlərə görə alınmış rüsum, həmçinin ödənilmiş cərimələrin məbləği əvvəlki illə müqayisədə 32,7 faiz çox olmaqla 25 088 100 manst təşkil edib.
Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edirlər.

Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR