Azərbaycanda tütünçülüyün əkin sahəsi genşləndiriləcək

Azərbaycanda tütünçülüyün əkin sahəsi genşləndiriləcək

 Azərbaycanda tütünçülüyün əkin sahəsinin genişləndirilməsi nəzərdə tutulur.

Bu barədə "Report”a Kənd Təsərrüfatı Nazirliyinin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdir müavini Fərman Kərimov məlumat verib.
Onun sözlərinə görə, bu il ölkədə tütünün əkin sahəsi 3400 ha təşkil edib: "Ötən il isə bu göstərici  3200 hektara bərabər olub. Ötən il 5,7 min ton məhsul istehsal olunub, 2017-ci ildə isə bu göstərici  5,1 min ton təşkil edib. Gələcəkdə əkin sahəsi artırılaraq təqribən 6 min hektara çatdırılacaq. Ölkəmizdə bu sahənin inkişaf etdirilməsi nəzərdə tutulur".
F.Kərimov əlavə edib ki, ölkədə istehsal olunun tütün daxili təlabatı ödəmir: "Bununla yanaşı, Azərbaycanın istehsal etdiyi tütünün bir hissəsi  Rusiyaya, Türkiyəyə ixrac olunur. Ötən il 116 milyon dollarlıq tütün idxal olunub, 10milyon dollarlıq tütün isə ixrac edilib". 
 
Aktual.az
Xəbər 499 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR