Azərbaycanda tikinti materiallarının istehsalı artıb

Azərbaycanda tikinti materiallarının istehsalı artıb

Bu ilin birinci rübündə Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 8,5% artaraq 121,3 mln. manat təşkil edib.


Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Yanvar-mart aylarında tikinti kərpicinin istehsalı 60,7%, tikinti əhənginin istehsalı 52,7 faiz, sementin istehsalı 21,6 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 7,8 faiz artmış, tikinti gipsinin istehsalı 57,3 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 56,8 faiz azalıb.

Tikinti materiallarının istehsalı sahəsində əsas məhsul növlərinin buraxılışı:

Məhsul növləri

2019-cu ilin yanvar-mart aylarında istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.04.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı

Sement, min ton

704,7

121,6

91,3

Tikinti gipsi, min ton

1,4

42,7

2,1

          ondan əmtəəlik

1,4

105

2,1

Tikinti əhəngi, min ton

10,1

147,7

2,2

Sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpicləri, min ton

33,6

197,7

28,6

Betondan yığma tikinti konstruksiyaları, min kub metr

9,9

43,2

5,2

Asfalt, min ton

37,2

2,1 d.

  -

Tikinti kərpici, min kub metr

94,8

160,7

17,5

Hörmə üçün hazır beton qarışığı, min ton

283,5

107,8

  -

Emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar,  ton

4 041,3

151,3

358,5

Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR