Azərbaycanda tikinti materiallarının istehsalı 1 milyard manatı ötəcək

Azərbaycanda tikinti materiallarının istehsalı 1 milyard manatı ötəcək

2018-ci ildə Azərbaycanda 714,4 milyon manat həcmində tikinti materiallarının istehsalı gözlənilir ki, bu da ötən illə müqayisədə 25,8 faiz çoxdur.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə 2019-cu və növbəti 3 il üçün proqnoz göstəriciləri və Azərbaycanın sosial-iqtisadi inkişaf konsepsiyasında deyilir.

Proqnozlara əsasən növbəti illərdə də tikinti materiallarının istehsalı artacaq. Belə ki, 2019-cu ildə bu göstərici 778 milyon manat, 2020-ci ildə 866,3 milyon manat, 2021-ci ildə 929,1 milyon manat, 2022-ci ildə isə bir milyard manatdan çox olacaq.

 
Aktual.az
Xəbər 348 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR