Azərbaycanda təqaüd alan tələbələrin xüsusi çəkisi azalıb

Azərbaycanda təqaüd alan tələbələrin xüsusi çəkisi azalıb

Azərbaycanın dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin ümumi sayında artım olsa da, təqaüd alanların xüsusi çəkisi 2000-ci illə müqayisədə xeyli azalıb və azalmaqda davam edir.

Aktual.az  xəbər verir ki, Report-un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2016-2017-ci tədris ilində dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin, sadəcə, 36,3 faizi təqaüd alır.
2000-ci ildə bu göstərici 45 faiz olub. 2015-2016-cı tədris ilində təqaüd alanlar 37,3 faiz təşkil edib.
Qeyd edək ki, 2000-2011-ci tədris ilində ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı 119,7 min, 2015-2016-cı tədris ilində 161,2, 2016-2017-ci tədris ilində isə 163,8 min nəfər təşkil edib. 

Xəbər 300 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR