Azərbaycanda son sutkada koronavirusa yoluxanların statistikası

Azərbaycanda son sutkada koronavirusa yoluxanların statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 206 yeni yoluxma faktı qeydə alınıb, 1 578 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Aktual.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 281 387 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 247 459 nəfər müalicə olunaraq sağalıb, 3 846 nəfər vəfat edib, aktiv xəstə sayı 30 082 nəfərdir.

Son sutka ərzində 12 692, hazırkı dövrədək isə 2 990 285 test aparılıb, koronavirus əleyhinə 42 234 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 930, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 304 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 111 722, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 706 433, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 405 289 təşkil edir.
Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR