Azərbaycanda sərnişinlə dolu avtobus AŞDI - xəsarət alanlar var - FOTO

Azərbaycanda sərnişinlə dolu avtobus AŞDI - xəsarət alanlar var - FOTO

Hacıqabul rayonunda qəzaya düşən nəqliyyat vasitəsi Bakı-Tbilisi sərnişin avtobusudur.


"Report"un yerli bürosu xəbər verir ki, Hacıqabul rayon Təcili Təxirəsalınmaz Tibbi yardım stansiyasının və Şirvan şəhəri Təcili Təxirəsalınmaz Tibbi yardım stansiyasının əməkdaşları hadisə yerinə cəlb edilib.

İlkin məlumatlara görə, yaralılardan 8 nəfəri Şirvan Şəhəri Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digər yaralıların isə Hacıqabul Rayonu Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Yaralıların ümumi sayının 10-dan çox olduğu bildirilir.

***

Hacıqabul rayonunda sərnişin avtobusu qəzaya düşüb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atbulaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb. Nəticədə iki nəfər yaralanıb. 

Faktla bağlı araşdırma aparılır.


Xəbər 734 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR