Azərbaycanda şərab sərgilərinin keçirilməsi təklif edilir

Azərbaycanda şərab sərgilərinin keçirilməsi təklif edilir

Azərbaycanda şərab sərgiləri keçirilə bilər, bununla ölkəmizə daha çox sayda turistin cəlb edilməsi mümkündür.

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu "Shirvan wines" zavodunun satış üzrə baş meneceri Nizami Əliyev Şamaxıda Üzüm və Şərab Festivalı çərçivəsində təşkil olunan "Azərbaycanda şərab sənayesinin inkişaf perspektivləri və ixrac potensialının inkişafı" adlı dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, belə tədbirlər sayəsində Azərbaycana onminlərlə turist cəlb edilə bilər: "Biz ya bazarda şərabımızı tanıdaraq onu satmalıyıq, ya da ki turistləri ölkəmizə cəlb etməliyik. Onlar burada şərabın dadına baxıb bəyəndikdən sonra artıq istər-istəməz həmin məhsulu axtarmağa başlayacaqlar. Hesab edirəm ki, bu da ixrac potensialını artırmaq üçün bir yoldur".
Xəbər 571 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR