Azərbaycanda rəsmi işsizlərin sayı açıqlanıb

Azərbaycanda rəsmi işsizlərin sayı açıqlanıb

Bu il sentyabrın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 191,2 min nəfər olub ki, onlardan 4 939,1 min nəfərini məşğul əhali təşkil edib.

Aktual.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sentyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 70,9 min nəfər olub, onların 35,3%-ni qadınlar təşkil edib.
İşsizlikdən sığorta ödənişinin orta məbləği 233,5 manat olub.
Xəbər 360 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR