Azərbaycanda qida məhsullarının istehsalı azalıb

Azərbaycanda qida məhsullarının istehsalı azalıb

Bu ilin yanvar-avqust ayları ərzində  əvvəlki ilin müvafiq ayları ilə müqayisədə Azərbaycanda tütün məmulatlarının istehsalında 2,6 dəfə, içki istehsalında 9,3 % artım, qida məhsullarının istehsalında isə 1% azalma müşahidə olunub.

Aktual.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu sahələrin əsas məhsullarından brendi (konyak) istehsalı 4,4 dəfə, üzüm şərabının istehsalı 33,8%, alkoqolsuz içkilərin istehsalı 19,8 % artıb, bununla yanaşı cem və marmeladların istehsalı 0,7%, kolbasa məmulatlarının istehsalı 1,4%, duru bitki yağlarının istehsalı 8,1%, qənd və şəkər tozu istehsalı 35,7% azalıb.
 
Aktual.az
Xəbər 369 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR