Azərbaycanda qeyri-adi hal - Bank hər müştərisinə 900 manat yüklədi

Azərbaycanda qeyri-adi hal - Bank hər müştərisinə 900 manat yüklədi

Azərbaycanda qeyri-adi hadisə qeydə alınıb. Belə ki, "Unibank" müştəriləri səhəri balanslarına 900 manat yüklənməsinə dair aldıqları mesajla açıblar. Müştərilər nə baş verdiyini anlayana qədər məbləğ kart hesablarından geri çəkilib.
 
Məsələ ilə bağlı "Unibank"dan Aktual.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləyiblər.
 
Bildirilib ki, bu, sırf texniki problemlə bağlı məsələdir:
 
"Bəzi müştərilərin balanslarına texniki problemlə bağlı səhvən pul yüklənib. Artıq texniki problem aradan qaldırılıb və səhvən köçürülən vəsaitlər həmin müştərilərin hesabından geri çəkilib".


Xəbər 333 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR