Azərbaycanda qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib

Azərbaycanda qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib

Tərtər rayonunda qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib.

"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Şıxarx qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində baş verib. 
Hələlik şəxsiyyəti məlum olmayan kişi gəlinini minik avtomobili ilə vurub. Ağır bədən xəsarətləri alan gənc qadınxəstəxanaya yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəminində və qəsdən törədildiyi bildirilir. 
Hadisə şahidlərinin "Report"un yerli bürosuna verdiyi məlumata görə, qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib.
Baş verən hadisə ilə bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar. 
Xəbər 847 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR