Azərbaycanda POS-terminallarla ödənişlərin ümumi məbləği 18% artıb

Azərbaycanda POS-terminallarla ödənişlərin ümumi məbləği 18% artıb

"Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda POS-terminallarla həyata keçirilən ödənişlərin ümumi məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 18% çox olub”.

"Report"un məlumatına görə, bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
"Hazırda ölkədə 67 min POS-terminal mövcuddur. Nağdsız ödənişlərlə bağlı 10 ildən artıqdır ki, maarifləndirmə işləri görürük. Ölkəyə gələn turistlərin sayı artır. Bu da nağdsız ödənişlərin əhəmiyyətini artırır”, - nazir müavini qeyd edib. 
Xəbər 328 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR