Azərbaycanda nikaha girmək istəyən cütlüklərə ŞOK - Hər ikisində...

Azərbaycanda nikaha girmək istəyən cütlüklərə ŞOK - Hər ikisində...

Bu ilin oktyabr ayında nikaha girmək istəyən cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb.

Bu barədə Publika.az-a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutundan məlumat verilib.
Ötən ay ərzində 11328 nəfər nikahdan əvvəl icbari tibbi müayinədən keçib. Müayinə nəticəsində 300 nəfərdə talassemiya daşıyıcılığı, 26 nəfərdə siflis, 8 nəfərdə QİÇS aşkarlanıb.
Bu il ərzində isə 116435 nəfər icbari müayinədən keçib. Müayinədən keçənlərin 13469 nəfərində talassemiya daşıyıcılığı, 404 nəfərdə siflis, 92 nəfərdə QİÇS aşkarlanıb. Bu il nikaha girmək istəyən 35 cütlük hər ikisinin talassemiya daşıyıcısı olduğunu öyrənib.
Ümumilikdə isə 2015-ci ilin iyun ayından nikahdan əvvəl icbari müayinələn başlayandan bu vaxta qədər 344 729 nəfər icbari müayinədən keçib. Onların 23652-cə talassemiya daşıyıcılığı, 1288-də siflis, 255 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisi talassemiya daşıyıcısı olan cütlüklərin sayı isə 125 olub.
 
Aktual.az
Xəbər 551 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR