Azərbaycanda neft hasilatı artıb

Azərbaycanda neft hasilatı artıb

Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 2018-ci ilin yanvar-may aylarında 19,2 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7% çox sənaye məhsulu istehsal ediib.

"Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 7,6% artıb, neft sektorunda isə 0,3% azalıb.
Sənaye məhsulunun 73,2%-i mədənçıxarma sektorunda, 22,05-i emal sektorunda, 4,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 1,2% artıb, əmtəəlik qaz hasilatı isə 8,2 % azalıb.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 16,1 dəfə, tütün məmulatlarının istehsalı 2,6 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,2 dəfə, hazır metal məmulatlarının istehsalı 2,0 dəfə, mebel istehsalı 96,8%, elektrik avadanlıqlarının istehsalı 96,2%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 95,6 %, toxuculuq sənayesi məhsullarının istehsalı 61,4 %, tikinti materiallarının istehsalı 40,4 %, metallurgiya sənayesi məhsullarının istehsalı 18,4 %, geyim istehsalı 11,4 %, əczaçılıq məhsullarının istehsalı 3,7 % artıb, kimya sənayesi məhsullarının istehsalı 0,8 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 1,9 %, içkilərin istehsalı 4,5 %, qida məhsullarının istehsalı 5,1 %, kompüter, elektron və optik məhsulların istehsalı 5,7 %, maşın və avadanlıqların istehsalı 9,9 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 21,4 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 28,3 %, sair nəqliyyat vasitələrinin istehsalı isə 62,5% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,0%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,1% artıb. 
 
Aktual.az
Xəbər 196 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR