Azərbaycanda minik avtomobili istehsalı 10 dəfə artıb

Azərbaycanda minik avtomobili istehsalı 10 dəfə artıb

 Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 311 minik avtomobili istehsal olunub.

"Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, istehsal əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 dəfə artıb. Sentyabrın 1-nə 131 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Traktor istehsalı da illik 3,8% artaraq bu ilin ilk səkkiz ayı ərzində 977 ədədə çatıb.
Qeyd edək ki, 2018-ci ilin yanvar-avqust aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 1,9% artaraq 31,6 mlrd. manat təşkil edib. Sənaye məhsulunun 22,3%-i emal sektorunda istehsal olunub. Emal sənayesində yanvar-avqust aylarında 7 032,4 mln. manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilib.
 
Aktual.az
Xəbər 305 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR