Azərbaycanda meşələrin idarəetmə sistemi modernləşdirilir

Azərbaycanda meşələrin idarəetmə sistemi modernləşdirilir

"Ötən ildən Milli Meşə Proqramının hazırlıq işlərinə başlanılıb və bununla bağlı beynəlxalq ekspertlərin, FAO-nun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının iştirakı ilə geniş müzakirələr aparıldıqdan sonra poqramın ilkin layihəsi tamamlanıb".


"Report" xəbər verir ki, bunu ETSN-in Meşələrin inkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.

Onun sözlərinə görə, proqram 2020-2030-cu illəri əhatə edən onillik müddət üçün nəzərdə tutulub: "Proqram ölkənin meşə təsərrüfatı xidmətini əhatə edir, milli və beynəlxalq təcrübəyə əsaslanır, o cümlədən idarəçilikdə dövlət qurumlarının və QHT-lərin aktiv şəkildə iştirakının təmin olunmasına yönəlib".

S.Salmanov bildirib ki, proqramın məqsədlərinin və strateji prioritetlərinin hazırlanması zamanı dünyada tətbiq olunan meşələrin dayanıqlı istifadəsi üzrə 9 meyar əsas götürülüb: "Bu meyarlar meşə sektorunun inkişafına öz müsbət təsirini göstərəcək. Eyni zamanda yerli qurumların ehtiyaclarını və gözləntilərini öyrənmək məqsədilə ölkə səviyyəsində qiymətləndirmələr aparılıb. Meşələrin idarə edilməsi modernləşdirilir".

Xəbər 280 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR