Azərbaycanda məhkəmə sədrinə töhmət verildi

Azərbaycanda məhkəmə sədrinə töhmət verildi

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

Bu barədə "Report"a Şuradan məlumat verilib.
Bildirilib ki, Fikrət Məmmədovun sədrliyi iləkeçirilən iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işlər, mühüm qanunvericilik və institusional tədbirlər qeyd olunub.
İclasda hakimlər barədə intizam icraatlarınabaxılıb. Şura tərəfindən məhkəmələrdəişlərin bölüşdürülməsinin monitorinqi zamanı aşkar edilmiş pozuntulara görə Bakışəhəri Suraxanı Rayon Məhkəməsinin sədri Kəramət Əliyevə irad tutulub, korrupsiyaya şərait yaradan hallara və digər nöqsanlara yol verdiyinə görə Sabirabad Rayon Məhkəməsinin sədri Füzuli Pənahova töhmət verilib. Eyni zamanda icraatda olan daha 4 hakim barədə intizam işlərinə Şuranın növbəti iclaslarında baxılacaq.
Xəbər 265 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR