Azərbaycanda külək enerjisi istehsalı 7,5 dəfə artıb

Azərbaycanda külək enerjisi istehsalı 7,5 dəfə artıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 711,7 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Aktual.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 9,4% artaraq 101,6 mln. manat təşkil edib.
Ötən dörd ay ərzində Azərbaycanda 8 197,3 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 4,4% çoxdur.
Elektrik enerjisinin 434,5 mln. kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2018-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 16,4% azdır.
Enerji istehsalının 7 435,2 mln. kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2018-ci ilin dörd ayının göstəriciləri ilə müqayisədə 5,9% çoxdur.
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 40,5 mln. kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2018-ci ilin dörd ayının göstəriciləri ilə müqayisədə 7,5 dəfə çoxdur.
Bu ilin dörd ayı ərzində ölkədə 7,5 mln. kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2018-ci ilin yanvar-aprel aylarının göstəricisi ilə müqayisədə 33,6% azdır.
Xəbər 311 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR