Azərbaycanda könüllü pensiya sistemi tətbiq olunacaq

Azərbaycanda könüllü pensiya sistemi tətbiq olunacaq

"İnflyasiya ilə bağlı hökumətimiz tərəfindən daimi işlər həyata keçirilir”.
Aktual.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, 2019-cu ildən bu yana 4 milyon insana 6 milyard manat şamil olunub: "Gələn il bütün əlavə gəlirlər bizim 2-3 prioritet sahələrdən biri olan sosial sahələrə yönəldiləcək”.
Nazir yeni təkmilləşmələr hazırladıqlarını qeyd edib: "Pensiya sisteminin ikinci mərhələsi ilə bağlı Avropa İttifaqı ilə birlikdə layihə hazırlanır. Bununla bağlı aidiyyəti qurumlarla da razılaşmalar aparılır. Lakin bir şeyi bilməliyik ki, könüllü pensiya sistemi icbari pensiya sistemini əvəz edə bilməz. Məcburi pensiya sistemi öz yerində qalacaq, könüllü pensiya sistemi də tətbiq olunacaq”.


Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR