Azərbaycanda internetin nüfuz səviyyəsi 79% təşkil edib

Azərbaycanda internetin nüfuz səviyyəsi 79% təşkil edib

Bu ilin 30 iyun tarixinə Azərbaycanda internetin nüfuz səviyyəsi 79% təşkil edib.


"APA-Economics”in məlumatına görə, bu barədə Beynəlxalq Statistika Təşkilatının (Internet World Stats – IWS) dərc etdiyi qlobal şəbəkə istifadəçilərinin sayına dair hesabatda deyilir. Hesabata qeyd edilib ki, Azərbaycanda internet istifadəçilərinin sayı 7,91 milyon təşkil edir.

Əhali arasında internetin yayılması baxımından Cənubi Qafqaz və Orta Asiya ölkələri arasında Azərbaycan Gürcüstanı, Ermənistanı, Qazaxıstanı, Özbəkistanı, Qırğızıstanı, Tacikistanı və Türkmənistanı qabaqlayır.

IWS hesabatına əsasən Cənubi Qafqaz və Orta Asiya ölkələri arasında 17,1 milyondan çox internet istifadəçi sayı birinci yerdə Özbəkistan qərarlaşıb.

Cənubi Qafqaz və Orta Asiya ölkələri üzrə göstəricilər:

Ölkə İnternet istifadəçilərin sayı (30 iyun 2019-cu il tarixinə) İstifadəçilərin əhali sayına nisbəti
Özbəkistan 17161 534 52,3 %
Qazaxıstan 14210 607 76,4 %
Azərbaycan 7 911 514 79%
Gürcüstan 2658 311 68,1 %
Qırğızıstan 2 493 400 40,1 %
Ermənistan 2126 716 72,4 %
Türkmənistan 1 262 794 21,2 %
Xəbər 57 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR