Azərbaycanda ilk ödənişli avtomobil yolu bu il istifadəyə veriləcək

Azərbaycanda ilk ödənişli avtomobil yolu bu il istifadəyə veriləcək

Bu ilin sonunadək Bakı-Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrindən paralel salınan (Zeynalabdin Tağıyev qəsəbəsindən 208-ci kilometrədək) yeni yolun 100 kilometrlik hissəsinin tikintisini başa çatdırılaraq istifadəyə verilməsi nəzərdə tutulur.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, paralel çəkilən yol Azərbaycanda ilk ödənişli avtomobil yolu olacaq.
S. Məmmədov onu da qeyd edib ki, alternativ yol tam istifadəyə verildikdən sonra Bakı-Quba yolunun beton hissəsinin bərpası təmin ediləcək.
"İlbəil Bakı-Quba yolunun beton hissəsinin sıradan çıxmış sahələrini təmir edirik. Yəqin ki, alternativ yol tam istifadəyə verildikdən sonra beton yolun yenidən bərpası təmin ediləcək", - deyə S. Məmmədov qeyd edib.
Xəbər 133 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR