Azərbaycanda iki hərbçi faciəli şəkildə öldü

Azərbaycanda iki hərbçi faciəli şəkildə öldü

Goranboy Rayon Polis Şöbəsinə rayonun Xoylu kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Aktual.az-a bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və nəqliyyatın hərəkətini bərpa ediblər. İlkin araşdırmalar nəticəsində məlum olub 1988-ci il təvəllüdlü Nicat Nəbiyev Mercedes markalı avtomobil ilə idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin Elvin Quliyev ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Unikal.az-ın əldə etdiyi məlumata görə, qəzada ölənlərin hər ikisi Azərbaycan Ordusunun hərbçisidir. Nicat Nəbiyev müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE), Elvin Quliyev isə gizir rütbəsi daşıyırdı.
Xəbər 364 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR