Azərbaycanda gələn həftədən kütləvi pambıq yığımına başlanılacaq

Azərbaycanda gələn həftədən kütləvi pambıq yığımına başlanılacaq

"Azərbaycanda gələn həftədən kütləvi pambıq yığımına başlanılacaq". 

Aktual.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Real TV-yə müsahibəsində bildirib. 
Onun sözlərinə görə, hazırda ölkədə pambıq əllə yığılır, növbəti həftədən isə prosesə kombaynlar cəlb olunacaq: "Pambıq yığımına kifayət qədər texnika cəlb ediləcək. Məqsədimiz odur ki, daim femerlərin manefiyi qorunsun”.
Xatırladaq ki, ölkə üzrə 411 ədəd pambıqyığan kombayn hazır vəziyyətə gətirilib ki, bunun 123-ü Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq” ASC-nin, 288-i isə özəl şirkətlərin payına düşür. Bundan başqa, "Aqrolizinq”in rayon bölmələrinin istifadəsində 125 ədəd "Belorus-80X” tipli traktor, 220 ədəd qoşqu mövcuddur. 
Bu il Azərbaycanda 21 rayonda 100 112 hektar sahədə pambıq əkini həyata keçirilib ki, bunun 96 241 hektarı hüquqi şəxslərə, 3 871 hektarı fiziki şəxslərə məxsusdur. 
Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR