Azərbaycanda evlənən hər 3 cütlükdən 1-i boşanır

Azərbaycanda evlənən hər 3 cütlükdən 1-i boşanır

2019-cu ilin 5 ayı ərzində Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.

"Qafqazinfo”nun Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, qeydiyyat şöbələri tərəfindən 23 684 nikah və 7 082 boşanma halları qeydə alınıb.

 

Əhalinin hər 1000 nəfərinə görə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 5,8-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Xəbər 207 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR