Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti artırılıb

Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti artırılıb

Prezident İlham Əliyev "Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. 
Aktual.az xəbər verir ki, sənədlə qanunun 3-cü maddəsində dəyişiklik olunub. 
Dəyişikliyə əsasən, ölkədə əmanətlərin tam sığortalanması müddəti daha 9 ay artırılaraq bu il dekabrın 4-nə qədər müəyyən edilib. 
Xatırladaq ki, Azərbaycanda "Əmanətlərin tam sığortalanması haqqında” 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də, Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il uzadıb.
Qanunla bağlı gözləntilər özünü doğruldub. Sənəd qüvvəyə mindikdən 3 ay sonra Azərbaycanda bank əmanətləri yenidən artmağa başlayıb və ötən ilin oktyabr ayında 4 illik maksimumu yeniləyərək 8,8 milyard manata çatıb. Bununla belə, son bir neçə ayda bank əmanətlərinin yenidən azalması müşahidə edilir. 
Xəbər 827 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR