Azərbaycanda elmi araşdırmalarla əlaqədar təqaüd proqramları təşkil ediləcək

Azərbaycanda elmi araşdırmalarla əlaqədar təqaüd proqramları təşkil ediləcək

Azərbaycanda innovativ layihələr çərçivəsində elmi araşdırmaların həyata keçirilməsi ilə əlaqədar təqaüd proqramları təşkil ediləcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən "Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası”nda əksini tapıb.
İnnovasiyalar Agentliyinin vəsaiti hesabına müsabiqə yolu ilə yeni nəsil innovatorların yetişdirilməsi, onların (o cümlədən gənclərin) təcrübə və tədqiqat bacarıqlarının yüksəldilməsi məqsədilə müddətli, tam və ya qismən maliyyələşdirilən fərdi proqramların dəstəklənməsi təmin olunacaq. Eyni zamanda ali təhsil müəssisələrinin elmi tədqiqat infrastrukturunun formalaşmasının tam və ya qismən maliyyələşdirilməsi həyata keçiriləcək.



Xəbər 286 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR