Azərbaycanda əlavə nağdlaşdırma haqqı ləğv edilə bilər

Azərbaycanda əlavə nağdlaşdırma haqqı ləğv edilə bilər

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ilk onlayn iclası keçirilib.

"Report”un xəbərinə görə, iclasda karantin dövründə mobil bankomatların yaradılması və bir bankın kartı ilə digər banklardan nağd çıxarış edilən zaman faizlərin tutulmaması ilə bağlı məsələ qaldırılıb.
Məsələ ətrafında komitə üzvləri - İqbal Məmmədov, Elnur Allahverdiyev, Məşhur Məmmədov və digər deputatlar çıxış edib və fikirlərini bildiriblər.
Daha sonra qeyd edilən məsələlərlə bağlı müvafiq orqanlara, hökumətə müraciət edilməsi ilə bağlı qərar qəbul edilib.
Xəbər 186 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR