Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 35% azalıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 35% azalıb

Bu ilin yanvar-noyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 158,6 milyon manat ipoteka krediti verilib.

"Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,5% azdır.
Son 1 ildə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 2,8% azalaraq 215,2 milyon manata, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsaitlərin məbləği isə 25% azalaraq 150 milyon manata düşüb.
Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 20% azalaraq 80 milyon manat olub.
Xəbər 817 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR