Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 202 nəfər sağalıb

Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 202 nəfər sağalıb

Azərbaycan Respublikasında 257 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 202 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948, 1953 və 1957-ci il təvəllüdlü üç nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 5 246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 327 nəfər müalicə olunaraq sağalıb, 61 nəfər vəfat edib, 1 858 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 58 nəfərin vəziyyəti ağır, 68 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 294 264 test aparılıb.
Xəbər 380 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR