Azərbaycanda çoxuşaqlı anaların müavinəti artırılır

Azərbaycanda çoxuşaqlı anaların müavinəti artırılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli fərmanına əsasən beşdən çox uşağı olan qadınların hər bir uşağına görə aylıq sosial müavinət ödənilir. 

Aktual.az ONA-a istinadən xəbər verir ki, dövlət başçısının 25 fevral 2019-cu il tarixli sərəncamı digər müavinət növləri kimi, beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinətin də əhəmiyyətli dərəcədə artmasına imkan verib. Belə ki, aprelin 1-dən  həmin müavinətin məbləği 55 manata çatdırılacaq.
Misal üçün, ailədə 6 uşaq varsa həmin ailəyə qeyd olunan müavinət kimi aylıq 330 manat (hazırkı məbləğlə müqayisədə 132 manat çox) vəsait ödəniləcək. Onu da bildirək ki, hazırda ölkəmizdə beşdən çox uşağı olan qadınların 9 min nəfər uşağına bu müavinət verilir.   
25 fevral 2019-cu il tarixli Sərəncam müddətli həqiqi hərbi xidmət qulluqçularının 16 yaşa (ümumtəhsil məktəblərində əyani təhsil alanlar 18 yaşa) çatmamış uşaqlarının hər biri üçün ödənilən aylıq müavinətin də məbləğinin artmasını nəzərdə tutur. Aprelin 1-dən həmin müavinət 68 manatdan 100 manata çatdırılacaq. Hazırda 120 nəfər uşağa bu müavinət növü ödənilir.


Xəbər 418 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR